“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev

Rəhbərlik

Sədr

Rəfili Şahmar Firqət oğlu

Doğum tarixi

1993: anadan olmuşdur.


Təhsil

2010–2014: Azərbaycan Memarlıq və İnşaat Universitetində İnşaat Texnologiyaları fakültəsində bakalavr təhsili almışdır.

2015–2017: Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat Texnologiyaları fakültəsində magistr təhsilini başa vurmuşdur.

2017–2018: Azərbaycan Memarlıq və İnşaat Universitetində Menecment ixtisası üzrə ixtisasartırma təhsili almışdır.

2019–2022: Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fövqəladə Hallar və Həyat Fəaliyyətinin Təhlükəsizliyi kafedrasında doktorantura təhsili almışdır.

Karyera

2015–2017: Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat Texnologiyaları fakültəsində dekan müavini vəzifəsində çalışmışdır.

2017–2019: Türk Keneşi, Türk Dövlətləri Universitetlər Birliyində işləmişdir.

2017–2021: Azərbaycan Memarlıq və İnşaat Universitetinin THİK sədr müavini olmuşdur.

2018–2022: Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fövqəladə Hallar və Həyat Fəaliyyətinin Təhlükəsizliyi kafedrasında müəllim işləmişdir.

2020–2023: Azərbaycan Memarlıq və İnşaat Universitetinin Rəqəmsal Marketinq bölməsinin rəhbəri olmuşdur.

2022–2023: Enactus+ və Orhun proqramları çərçivəsində Almaniyanın Dortmund Universiteti və Türkiyənin Ege Universitetində müəllim işləmişdir.

2023–indiyədək: Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fövqəladə Hallar və Həyat Fəaliyyətinin Təhlükəsizliyi kafedrasında baş müəllim kimi fəaliyyət göstərir.

2023–indiyədək: Azərbaycan Memarlıq və İnşaat Universitetinin THİK sədri vəzifəsində çalışır.