Xəbərlər
AZMİU-da tələbələrin peşəkar inkişafı və karyera imkanlarının genişləndirilməsi istiqamətində görüş keçirilib

AZMİU-da tələbələrin peşəkar inkişafı və karyera imkanlarının genişləndirilməsi istiqamətində görüş keçirilib
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı və Bakı Design Center ilə əməkdaşlıq çərçivəsində tələbələrin peşəkar inkişafına həsr olunmuş görüş keçirilib.
Görüşdə dizayn sahəsində inkişaf imkanları, praktiki təcrübə və gələcək karyera perspektivləri müzakirə olunub. Tələbələrə sahə üzrə mövcud trendlər, yaradıcılıq bacarıqlarının inkişafı və peşəkar fəaliyyətə hazırlıq barədə məlumat verilib. İştirakçılar özlərini maraqlandıran sualları ünvanlayaraq fikir mübadiləsi aparıblar.
Təşəbbüs tələbələrin peşəkar inkişafına və gələcək məşğulluq imkanlarının genişləndirilməsinə dəstək göstərməklə BMT-nin 8-ci Dayanıqlı İnkişaf Məqsədinə- Layiqli əmək və iqtisadi artıma töhfə verir.
AzMİU Tələbə Həmkarlar İttifaqının təşkilatçılığı ilə şəhid tələbə Ramil Ağayevin anım günü qeyd olunub

AzMİU Tələbə Həmkarlar İttifaqının təşkilatçılığı ilə şəhid tələbə Ramil Ağayevin anım günü qeyd olunub
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Həmkarlar İttifaqının təşkilatçılığı ilə, Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədovanın və fakültə tələbələrinin iştirakı ilə Vətən müharibəsində iştirak etmiş və Hadrut uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhid olmuş Memarlıq fakültəsinin tələbəsi Ramil Ağayev Ağarəhim oğlunun anım günü münasibətilə Sabirabad rayonuna səfər təşkil olunub.
Səfər çərçivəsində şəhidin ailəsi ziyarət edilərək onlarla görüş keçirilib, qəhrəman tələbənin xatirəsi ehtiramla anılıb, daha sonra şəhidin məzarı ziyarət edilib, əziz xatirəsi ehtiramla yad olunub, məzarı önünə gül dəstələri qoyulub.
Ramil Ağayev Ağarəhim oğlu 2020-ci ildə Vətənimizin ərazi bütövlüyü uğrunda gedən İkinci Qarabağ müharibəsində iştirak edərək Hadrut istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Onun həyatını Vətən uğrunda fəda etməsi gənc nəsil üçün qəhrəmanlıq, vətənpərvərlik və fədakarlıq nümunəsidir.
AzMİU ailəsi şəhid tələbəsinin əziz xatirəsini daim uca tutur. Onun qəhrəmanlıq yolu universitetin tələbələri üçün milli-mənəvi dəyərlərə sədaqətin və Vətən sevgisinin parlaq nümunəsi olaraq qalacaq.
Mexanika və İnformasiya Texnologiyaları fakültəsində “Zəfərə aparan yol” adlı tədbir keçirilib

Mexanika və İnformasiya Texnologiyaları fakültəsində “Zəfərə aparan yol” adlı tədbir keçirilib
Tələbə Həmkarlar İttifaqı Komitəsinin rəhbərliyi ilə Mexanika və İnformasiya Texnologiyaları fakültəsində “Zəfərə aparan yol” adlı tədbir təşkil olunub.
Tədbirdə fakültənin dekan müavini Seymur müəllim və Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahmar müəllim iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahmar müəllimə çıxış üçün söz verilib. Çıxış zamanı Vətən müharibəsində qazanılmış tarixi Zəfərin əhəmiyyətindən, Azərbaycan xalqının birliyindən və həmrəyliyindən, eləcə də gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyindən bəhs olunub.
Tədbirin davamında 44 günlük Vətən müharibəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Ardınca aparıcı tərəfindən müharibənin tarixi, mühüm hadisələri və Azərbaycanın tarixi Zəfərə aparan yolu haqqında məlumat verilib.
Proqram çərçivəsində şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş nitq səsləndirilib. Nitqdə qəhrəmanlarımızın Vətən uğrunda göstərdikləri fədakarlıqdan, onların əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağından və gələcək nəsillər üçün örnək olduqlarından bəhs edilib.
Tədbirdə, həmçinin süni intellekt vasitəsilə hazırlanmış videoçarx nümayiş etdirilib. Videoçarx iştirakçılara şəhidlərimizin qəhrəmanlığını bir daha xatırlatmaq və Vətənə bağlılıq hisslərini gücləndirmək baxımından xüsusi əhəmiyyət daşıyıb.
Tədbirin əsas məqsədi tələbələr arasında vətənpərvərlik ruhunu gücləndirmək, 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətini gənc nəslə çatdırmaq, şəhidlərimizin əziz xatirəsini yaşatmaq və Azərbaycanın qazandığı tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq olub.
Sonda tədbir yekunlaşdırılıb. Vətən uğrunda canlarından keçən şəhidlərimizin qəhrəmanlığının heç zaman unudulmayacağı və onların əziz xatirəsinin daim ehtiramla yad ediləcəyi vurğulanıb.
Memarlıq fakültəsinin tələbələri üçün İçərişəhərdə infotur keçirilib

Memarlıq fakültəsinin tələbələri üçün İçərişəhərdə infotur keçirilib
6 Oktyabr – Beynəlxalq Memarlar Günü münasibətilə Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Memarlıq fakültəsinin tələbələri üçün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və AzMİU Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə İçərişəhərdə infotur keçirilib.
İnformativ və elmi-praktiki xarakter daşıyan infotur çərçivəsində tələbələr İçərişəhərin zəngin tarixi-memarlıq irsi ilə yaxından tanış olub, ərazidə yerləşən muzeylərə, tarixi-mədəni irs nümunələrinə ekskursiya ediblər.
İnfotur zamanı tələbələrə Qoruq İdarəsinin memarı Tamilla Mustafazadə bələdçilik edib, onlara İçərişəhərin şəhərsalma strukturu, tarixi tikililərin memarlıq xüsusiyyətləri, qorunması və bərpası istiqamətində həyata keçirilən işlər barədə ətraflı məlumat verib.
Səfər zamanı tələbələr müxtəlif tarixi abidələrdə aparılmış bərpa və konservasiya işlərini yerində müşahidə edərək tarixi memarlıq irsinin müasir yanaşmalarla qorunması prinsiplərini praktiki şəkildə öyrənmək imkanı qazanıblar.
İnfoturun əsas məqsədi memarlıq tələbələrinin nəzəri biliklərini real tarixi-memarlıq mühiti ilə əlaqələndirmək, onların milli memarlıq irsinə dair biliklərini genişləndirmək, abidələrin qorunması, bərpası və gələcək nəsillərə ötürülməsinin əhəmiyyətinə dair peşəkar dünyagörüşünü inkişaf etdirmək olub.
Şəhid Kərimli İsmayılın doğum günü ilə əlaqədar anım tədbiri keçirilib

Şəhid Kərimli İsmayılın doğum günü ilə əlaqədar anım tədbiri keçirilib
Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi Kərimli İsmayılın doğum gününə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbirin əsas məqsədi Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini yad etmək, onların qəhrəmanlıq yolunu gənc nəslə tanıtmaq, həmçinin tələbələr arasında vətənpərvərlik ruhunu və milli-mənəvi dəyərlərə bağlılığı daha da gücləndirmək olub.
Anım tədbiri çərçivəsində şəhid Kərimli İsmayılın həyat və döyüş yolu haqqında məlumat verilib, onun Vətən qarşısında göstərdiyi fədakarlığın və qəhrəmanlığın əhəmiyyətindən bəhs olunub. Bildirilib ki, Vətən müharibəsində qazanılmış tarixi Zəfər Azərbaycan xalqının birliyinin, milli iradəsinin və qəhrəman oğullarımızın misilsiz şücaətinin təcəssümüdür.
Tədbirdə 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyəti, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda şəhidlərimizin göstərdiyi igidlik və onların xalqımızın yaddaşında tutduğu əbədi yer diqqətə çatdırılıb. Vurğulanıb ki, şəhidlərimizin həyat yolu və Vətənə sədaqəti gələcək nəsillər üçün mənəvi örnəkdir.
Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən təşkil olunan bu cür anım tədbirləri gənclərin milli tariximizə, şəhidlərimizin əziz xatirəsinə və dövlətçilik dəyərlərinə hörmət ruhunda formalaşmasına xidmət edir. Şəhidlərimizin xatirəsinin yaşadılması, onların qəhrəmanlığının təbliği və Vətən uğrunda göstərdikləri fədakarlığın gələcək nəsillərə çatdırılması mühüm mənəvi vəzifələrdəndir.
Şəhid Kərimli İsmayılın əziz xatirəsi ehtiramla yad edilib. Vətən uğrunda canından keçən bütün şəhidlərimiz xalqımızın qəlbində daim yaşayacaq, onların qəhrəmanlıq salnaməsi heç vaxt unudulmayacaq.
AZMİU-da “Hadrut, sən azadsan" filminin nümayişi keçirilib

AZMİU-da “Hadrut, sən azadsan" filminin nümayişi keçirilib
/
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Zəfər yaddaşı” layihəsi çərçivəsində Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) nəzdində fəaliyyət göstərən Cinema Club-un təşkilatçılığı ilə “Hadrut, sən azadsan!” filminin nümayişi keçirilib.
Tədbirdə universitetin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev, AzMİU THİK-in sədri Şahmar Rəfili, filmin rejissoru Cavidan Şərifov, aktyor heyətinin üzvləri, müəllimlər və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan prorektor Orxan Naqdiyev Vətən müharibəsinin tarixi əhəmiyyətindən, qazanılmış Zəfərin gənc nəslə çatdırılmasının vacibliyindən danışıb. O, bu kimi tədbirlərin tələbələrin milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi və tarixi yaddaşın qorunması baxımından əhəmiyyətini vurğulayıb.
Daha sonra “Hadrut, sən azadsan!” filmi nümayiş olunub. Ekran əsəri Hadrutun işğaldan azad edilməsi uğrunda aparılan döyüşlərə və Azərbaycan hərbçilərinin qəhrəmanlığına həsr olunub.
Film nümayişindən sonra AzMİU THİK-in sədri Şahmar Rəfili çıxış edərək “Zəfər yaddaşı” layihəsinin məqsəd və əhəmiyyətindən bəhs edib. O, Vətən müharibəsinin tarixi həqiqətlərinin tələbələrə çatdırılmasında, gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsində bu cür görüşlərin xüsusi rolunu qeyd edib.
Tədbirdə Hadrutun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmiş AzMİU-nun qazi tələbəsi Rəvan Vəzirov da çıxış edib. O, döyüşlərdə iştirak təcrübəsini bölüşərək Vətən uğrunda mübarizənin, birliyin və əzmkarlığın əhəmiyyətindən danışıb.
Sonda filmin rejissoru Cavidan Şərifov ekran əsərinin ərsəyə gəlməsi, çəkiliş prosesi və filmin ideyası barədə məlumat verib. Rejissor tələbələrin suallarını cavablandırıb, onlarla fikir mübadiləsi aparıb.
“Zəfər yaddaşı” layihəsi çərçivəsində təşkil olunan film nümayişi tələbələrin Vətən müharibəsinin tarixi hadisələri və qəhrəmanlıq salnaməsi ilə daha yaxından tanış olmasına, milli yaddaşın qorunmasına və vətənpərvərlik dəyərlərinin təbliğinə xidmət edir.
AZMİU-da “Zəfər” Turnirinə həsr olunmuş fakültədaxili çempionatın final qarşılaşması keçirilib

AZMİU-da “Zəfər” Turnirinə həsr olunmuş fakültədaxili çempionatın final qarşılaşması keçirilib
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AZMİU) “Zəfər” Turnirinə həsr olunmuş fakültədaxili çempionatın final qarşılaşması keçirilib.
Çempionatın final mərhələsində 346A1-A2 və 326A2 qruplarının komandaları üz-üzə gəlib. Gərgin və dinamik mübarizə şəraitində keçən qarşılaşma zamanı hər iki komanda qələbə qazanmaq üçün yüksək əzmkarlıq nümayiş etdirib.
Oyun boyunca komandaların göstərdiyi mübarizə əzmi, komanda ruhu və yüksək motivasiya qarşılaşmanın maraqlı və yaddaqalan keçməsinə şərait yaradıb. Tələbələr həm fərdi bacarıqlarını, həm də komanda şəklində mübarizə aparmaq qabiliyyətlərini nümayiş etdiriblər.
Gərgin mübarizənin sonunda 326A2 komandası 5:2 hesabı ilə qalib gələrək “Zəfər” Turnirinə həsr olunmuş fakültədaxili çempionatın qalibi olub.
Çempionatın keçirilməsində əsas məqsədlərdən biri tələbələr arasında sağlam rəqabət mühitinin formalaşdırılması, onların asudə vaxtlarının səmərəli təşkili, komanda ruhunun və idmana marağın artırılması olub.
Final qarşılaşmasının sonunda hər iki komandanın turnir boyunca göstərdiyi fəallıq və əzmkarlıq yüksək qiymətləndirilib. Finala qədər mübarizə aparan 346A1-A2 və 326A2 komandalarına təşəkkür bildirilib.
326A2 komandası əldə etdiyi qələbə münasibətilə təbrik edilib və qarşıdakı yarışlarda uğurlar arzulanıb.
AZMİU-da 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib

AZMİU-da 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib
27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) Nəqliyyat fakültəsi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə anım tədbiri təşkil olunub.
Tədbirdə 27 Sentyabr – Anım Gününün tarixi əhəmiyyəti, Vətən müharibəsi zamanı Azərbaycan xalqının nümayiş etdirdiyi birlik və həmrəylik, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin qəhrəmanlıq yolu haqqında geniş söhbət aparılıb.
Çıxışlar zamanı şəhidlərin Vətən qarşısında göstərdiyi misilsiz xidmətlərdən, onların döyüş yolu və qəhrəmanlığından bəhs olunub. Şəhidlərin həyat və mübarizə yolunun gənc nəslə örnək olduğu, onların əziz xatirəsinin gələcək nəsillərə çatdırılmasının mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Tədbirdə şəhid ailələrinin üzvləri, Nəqliyyat fakültəsinin qaziləri və müharibə iştirakçısı olan tələbələr, professor-müəllim heyəti, tələbələr və universitet ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Memarlıq və İnşaat Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahmar Rəfili də iştirak edib. Çıxışı zamanı Şahmar Rəfili 27 Sentyabr – Anım Gününün xalqımızın yaddaşında xüsusi yer tutduğunu qeyd edərək, şəhidlərimizin göstərdiyi qəhrəmanlığın və Vətən uğrunda fədakarlığının gənc nəslə çatdırılmasının vacibliyini vurğulayıb.
Tədbir zamanı şəhidlərin xatirəsi ehtiramla yad edilib, onların Vətən uğrunda göstərdiyi şücaətin Azərbaycan xalqının yaddaşında daim yaşayacağı bildirilib.
Sonda Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş bütün şəhidlərin əziz xatirəsi dərin ehtiram və minnətdarlıq hissi ilə yad olunub.
44 günlük Vətən müharibəsinə həsr olunmuş AI foto müsabiqəsi keçirilib

44 günlük Vətən müharibəsinə həsr olunmuş AI foto müsabiqəsi keçirilib
Tələbə Həmkarlar İttifaqının təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsinə həsr olunmuş AI foto müsabiqəsi keçirilib.
Müsabiqənin əsas məqsədi 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin tələbələr arasında təbliği, gənclərin tarixi hadisələrə dair məlumatlılığının artırılması, eləcə də müasir texnologiyalardan istifadə etməklə onların yaradıcılıq potensialının üzə çıxarılmasına imkan yaratmaq olub.
Müsabiqə çərçivəsində tələbələr süni intellekt texnologiyalarından istifadə edərək 44 günlük Vətən müharibəsini, xalqımızın Zəfərini, qəhrəmanlıq və vətənpərvərlik ruhunu əks etdirən yaradıcı fotolar hazırlayıblar. Təqdim olunan işlərdə milli qürur, qəhrəmanlıq, Vətən sevgisi və Zəfər duyğusu öz əksini tapıb.
Müsabiqə iştirakçılar tərəfindən böyük maraq və fəallıqla qarşılanıb. Təşkil olunan bu layihə tələbələrin həm tarixi yaddaşının möhkəmləndirilməsinə, həm də süni intellekt kimi müasir texnologiyaların yaradıcılıq məqsədilə tətbiqinə töhfə verib.
27 Sentyabr – Anım Gününə həsr olunmuş “Bir nəfəs qədər” tamaşası nümayiş etdirilib

27 Sentyabr – Anım Gününə həsr olunmuş “Bir nəfəs qədər” tamaşası nümayiş etdirilib
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsi ilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının birgə əməkdaşlığı çərçivəsində 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Bir nəfəs qədər” adlı tamaşa nümayiş olunub.
AzMİU tələbələrinin iştirak etdiyi tamaşada Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi yad edilib.
Səhnə əsəri Prezident mükafatçısı Samir Qulamovun eyniadlı pyesi əsasında hazırlanıb və müəllifin quruluşunda təqdim olunub. Tamaşada oğlunun şəhid olduğuna inanmaq istəməyən, daim onun yolunu həsrətlə və böyük ümidlərlə gözləyən ananın yaşantıları və keçirdiyi hisslər səhnə dili ilə təqdim edilir.
Tamaşa boyu ana obrazının timsalında şəhid övladlarını gözləyən anaların duyğuları, Vətən uğrunda canından keçən qəhrəmanların ailələrinin yaşadığı mənəvi sarsıntılar və sonsuz ümidlər öz əksini tapıb.
AzMİU tələbələri tamaşanı böyük diqqətlə izləyib, səhnə əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
AzMİU-da Vətən müharibəsi iştirakçıları olan tələbələrlə görüş keçirilib

AzMİU-da Vətən müharibəsi iştirakçıları olan tələbələrlə görüş keçirilib
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Vətən müharibəsinin fəal iştirakçıları və hazırda universitetdə təhsil alan qəhrəman tələbələrlə görüş keçirilib.
Görüşdə Vətən müharibəsi iştirakçısı olan tələbələrin keçdiyi döyüş yolu, müharibə zamanı yaşadıqları hadisələr, qarşılaşdıqları çətinliklər və əldə etdikləri həyat təcrübələri barədə fikir mübadiləsi aparılıb. Tələbələr döyüş xatirələrini, həmin dövrdə yaşadıqları hadisələri və müharibədən sonrakı həyatlarında qazandıqları təcrübələri görüş iştirakçıları ilə bölüşüblər.
Tədbirdə çıxış edən AzMİU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahmar Rəfili Vətən müharibəsi iştirakçısı olan tələbələrin göstərdiyi şücaət və fədakarlığın gənc nəsil üçün mühüm örnək olduğunu bildirib. O, qəhrəman tələbələrin keçdiyi döyüş yolunun, Vətən qarşısında göstərdikləri xidmətin və nümayiş etdirdikləri əzmkarlığın xüsusi ehtiramla qiymətləndirildiyini qeyd edib.
Şahmar Rəfili həmçinin tələbələrin bu gün AzMİU-da təhsillərini davam etdirərək bilik və bacarıqlarını inkişaf etdirmələrinin, qarşılarına yeni məqsədlər qoymalarının və gələcəkdə ölkənin inkişafına öz töhfələrini vermələrinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, onların həyat və döyüş təcrübəsi gənclər üçün vətənpərvərlik, cəsarət, əzm və məsuliyyət baxımından dəyərli nümunədir.
Görüş zamanı tələbələrin universitet həyatı, təhsil prosesi və gələcək planları ilə bağlı fikirləri dinlənilib, onları maraqlandıran məsələlər ətrafında səmimi fikir mübadiləsi aparılıb. Vətən müharibəsi iştirakçısı olan tələbələrin universitetin ictimai və sosial həyatında fəal iştirakının əhəmiyyəti də qeyd olunub.
Sonda Vətən uğrunda mübarizə aparmış şəhidlərin və qazilərin göstərdiyi qəhrəmanlığın daim böyük ehtiram və minnətdarlıqla xatırlanacağı vurğulanıb. Görüşün əsas məqsədinin Vətən müharibəsi iştirakçısı olan tələbələrin təcrübələrinin gənclərlə bölüşülməsinə şərait yaratmaq və onların nümunəsində vətənpərvərlik dəyərlərinin təbliğinə töhfə vermək olduğu bildirilib.
27 Sentyabr – Anım Günü: Şəhidlərimizin qəhrəmanlığı və Vətənə sədaqəti əbədi yaşayacaq

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin qəhrəmanlığı və Vətənə sədaqəti əbədi yaşayacaq
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib. Universitet rəhbərliyinin, professor-müəllim heyətinin, tələbələrin, şəhid ailələrinin və Vətən müharibəsi qazilərinin iştirak etdiyi tədbirdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş qəhrəmanların əziz xatirəsi dərin ehtiramla yad edilib.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən AzMİU-nun rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova 27 Sentyabrın Azərbaycan xalqının yaddaşında xüsusi yer tutduğunu, bu tarixin milli birlik, qəhrəmanlıq və Vətənə sədaqət rəmzinə çevrildiyini vurğulayıb.
Rektor 2020-ci ildə başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan, xalqın həmrəyliyindən, şəhid və qazilərimizin fədakarlığından danışıb. O, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan mübarizənin ölkə tarixində mühüm mərhələ olduğunu qeyd edib.
Professor Gülçöhrə Məmmədova şəhid ailələrinə və qazilərə göstərilən diqqətin, onların qayğılarının daim diqqət mərkəzində saxlanılmasının mənəvi borc olduğunu bildirib. Universitetin şəhid məzunlarının xatirəsinin yaşadılmasının, onların həyat və döyüş yolunun gənc nəslə tanıdılmasının əhəmiyyətini xüsusi vurğulayıb.
Rektor çıxışında gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinin ali təhsil müəssisələrinin qarşısında duran mühüm vəzifələrdən biri olduğunu diqqətə çatdırıb. O, şəhidlərin əmanət qoyduğu Vətənə layiqli vətəndaş olmağın, ölkənin inkişafına bilik və zəhmətlə töhfə verməyin hər bir gəncin qarşısında duran böyük məsuliyyət olduğunu bildirib.
Rektor Gülçöhrə Məmmədova çıxışında xüsusi vurğulayıb ki, müharibə başa çatsa da, Azərbaycanın milli maraqlarının müdafiəsi istiqamətində mübarizə davam edir. Onun sözlərinə görə, Ermənistanda hələ də revanşist mövqedən çıxış edən, eyni zamanda tarixi faktları təhrif etməyə çalışan qüvvələr mövcuddur. Bu qüvvələrin bir qismi revanşist çağırışlarla çıxış edir, digərləri isə Qafqaz Albaniyasına məxsus, Qərbi Azərbaycanda və işğaldan azad edilmiş ərazilərimizdə yerləşən tarixi-mədəni abidələrin mənşəyini saxtalaşdırmağa, onları erməni irsinin nümunələri kimi təqdim etməyə çalışırlar. Rektor bildirib ki, belə cəhdlər qarşısında daim ayıq-sayıq olmaq, tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində sistemli fəaliyyət göstərmək vacibdir. Xüsusilə elmi müstəvidə, beynəlxalq platformalarda, informasiya məkanında və mediada bu istiqamətdə fəaliyyət gücləndirilməlidir. Gülçöhrə Məmmədova qeyd edib ki, tarixi həqiqətlərin müdafiəsində bir an belə arxayınlaşmaq olmaz. Əks halda, tarixi təhrif etməyə çalışan qüvvələr yaranmış informasiya boşluğundan istifadə edərək əsassız iddialarını beynəlxalq ictimaiyyətə həqiqət kimi təqdim etməyə çalışacaqlar. Bu baxımdan, alimlərin, tarixçilərin, memarların, media nümayəndələrinin və bütövlükdə ziyalıların üzərinə mühüm vəzifələr düşür. Azərbaycanın tarixi-mədəni irsinin qorunması, abidələrimizin mənşəyinin elmi əsaslarla araşdırılması və tarixi həqiqətlərin dünyaya çatdırılması hər birimizin qarşısında duran mühüm vəzifədir.
Daha sonra çıxış edən Mexanika və İnformasiya Texnologiyaları fakültəsinin dekanı Sabir Məmmədov Vətən müharibəsində qazanılmış Qələbənin tarixi əhəmiyyətindən, Azərbaycan gəncliyinin vətənpərvərlik ruhundan və şəhidlərimizin qəhrəmanlıq irsinin gələcək nəsillərə ötürülməsinin vacibliyindən danışıb.
Tədbirin ən təsirli məqamlarından biri universitetin şəhid məzunu Səmural Fətəliyevin atası Ayaz Fətəliyevin çıxışı olub. Şəhid atasının tədbirdə iştirakı universitet kollektivinin öz qəhrəman məzunlarına və onların ailələrinə göstərdiyi ehtiramın ifadəsi kimi qarşılanıb.
Tədbirdə AzMİU-nun Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin II kurs tələbəsi, Vətən müharibəsi qazisi Rəvan Vəzirov da çıxış edib. Qazinin tədbirdə iştirakı Vətən uğrunda döyüşmüş qəhrəmanların həyat yolunun gənclər üçün canlı örnək olduğunu bir daha nümayiş etdirib.
Çıxışlarda şəhidlərin xatirəsinin yaşadılmasının yalnız anım tədbirləri ilə məhdudlaşmadığı, onların uğrunda mübarizə apardıqları Vətənin inkişafına xidmət etməyin, dövlətə və xalqa sədaqətin, milli-mənəvi dəyərlərin qorunmasının hər bir vətəndaşın mənəvi borcu olduğu vurğulanıb.
Tədbir şəhidlərin əziz xatirəsinə ehtiramın ifadəsi, onların qəhrəmanlıq yolunun gənc nəsillərə ötürülməsi və Vətənə sədaqət duyğularının möhkəmləndirilməsi çağırışları ilə yekunlaşıb.
Daha sonra AzMİU rəhbərliyi və kollektivi Zəfər parkında olub, Zəfər abidəsinin önünə tər güllər düzərək qəhrəman şəhidlərin əziz xatirəsini yad edib.


